Lənkəranda kredit təşkilatının ofisini soyanlar ələ keçdi

Lənkəran polisi ötən gün bank olmayan kredit təşkilatının ofisindən oğurluq edən şəxsləri yaxalayıb.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, məlum olub ki, "Viza Kredit" MMC-nin ofisindən seyfi oğurlayan şəxslərdən biri elə təşkilatın öz işçisidir.

 

Çalışdığı ofisi qarət etmək fikrinə düşən Ruslan Əzimov planını gecə saatlarında tanışı Əvəz Əkbərovla birlikdə gerçəkləşdirib. Daha sonra Əvəz Əkbərov oğurlanan seyfi açmaq üçün usta kimi tanıdığı tanışı Ruslan Kərimovun yanına aparıb: "Mənə dedilər evimin seyfidir, açarını itirmişik. Topa açardır, hamısı itib, seyfi açmaq lazımdır. Mən də ustayam, həmdə taksi işləyirəm. Dedim gətirin evə. Bizim evi tanıyır, gedib gələn adamdır. Gəldi, lomla açdım. Daha baxmadım içinə, dedim evinin şəxsi əşyasıdır. Sonra dedilər oğurluq olub".

 

Seyf açıldıqdan sonra Əvəz Əkbərov oradakı pulu və qızılları götürsə də, Lənkəran Şəhər Polis Şöbəsi əməkdaşlarının isti izlərlə həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində bir gün keçməmiş saxlanılıblar. Oğurlanan seyfin içərisində vətəndaşlardan girov kimi götürülmüş qızıl-zinət əşyaları, 7500 ABŞ dolları, 3500 manat, qurumun rəsmi sənədləri və möhürü olub. Saxlanılan şəxslər oğurlanan pulu və qızıl-zinət əşyalarını polisə təhvil veriblər.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR