“Ali təhsil haqqında” qanun hazırlanması təklif olunur
Milli Məclisin yaz sessiyası dövründə “İlk peşə ixtisas təhsili haqqında” qanun layihəsi hazırlanacaq.
APA TV-nin xəbərinə görə, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli qeyd edib ki, artıq yeni qanun layihəsinin yaradılması istiqamətində işlərə başlanılıb: “Hazırda Azərbaycanda ilk peşə ixtisas təhsili müəssisələrinin fəaliyyəti Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş nümunəvi nizamnamə əsasında həyata keçirilir. Ölkəmizdə peşə təhsili sahəsi üzrə indiyədək qanun olmayıb. İlk peşə ixtisas təhsili haqqında” qanun layihəsinin hazırlanması üçün bır sıra ölkələrin qanunvericilik bazası ilə tanış olmuşuq. Bir çox ölkələrdə peşə təhsili dövlət, özəl bələdiyyə mülkiyyəti formasında inkişaf edir. Azərbaycan üçün də bu variant məqbul hesab oluna bilər”.
Millət vəkili Bəxtiyar Əliyev isə qeyd edib ki, Azərbaycanda “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması vacibdir. Ali təhsil haqqında ana xətlərin “Təhsil haqqında” qanunda verildiyini deyən B.Əliyevin sözlərinə görə, son illərdə ali təhsilin keyfiyyəti tamamilə dəyişib. Buna görə də bu təhsil səviyyəsi üzrə ayrıca qanunun hazırlanması lazımdır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı