Meşə torpaqlarının icarəyə verilmə müddəti artırılır

Azərbaycanda meşə fondu torpaqlarının icarəyə verilmə müddətinin artırılması təklif olunur.

 

APA TV-nin məlumatına görə, Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında parlamentin İqtisadi qanunvericilik şöbəsi müdirinin müavini Vilayət Əlizadənin sözlərinə görə, Meşə Məcəlləsinə dəyişikliklə bağlı qanunvericilik layihəsi prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü əsasında Milli Məclisə daxil olub.

 

V.Əlizadə bildirib ki, məcəllənin 22-ci maddəsinin birinci hissəsində təklif olunan dəyişiklikdə meşə fondu torpaqlarının icarəyə verilməsi müddətinin 10 ildən 49 ilədək artırılması məsələsi öz əksini tapıb: "Məcəlləyə dəyişiklik sahibkarların imkanlarının genişləndirilməsi məqsədi daşıyır. Meşə fondu torpaqlarının icarəsi 10, 15, 18 ilədək verilə bilər. Bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən müraciət edənin imkanlarının araşdırılmasından sonra müəyyən olunacaq".

 

Yeri gəlmişkən, komitənin iclasında "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" qanun layihəsi də müzakirə olunub.

 

Hər iki qanun layihəsi müzakirə olunmaq üçün Milli Məclisin yaz sessiyasına tövsiyə edilib.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR