Novruz çərşənbələrinin vaxtı açıqlandı

Bu il Azərbaycanda qeyd ediləcək Novruz çərşənbələrin vaxtı açıqlanıb.

 

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov APA-ya bildirib ki, 2017-ci ildə ilk çərşənbəsi fevralın 21-i, axırıncı çərşənbə isə martın 14-nə təsadüf edəcək.

 

Onun sözlərinə görə, fevralın 21-də ilk çərşənbə - Su, fevralın 28-də Od, martın 7-də Hava (Yel), martın 14-də isə sonuncu Torpaq çərşənbəsi qeyd olunacaq.

 

X.Mikayılov qeyd edib ki, yaz fəslinin Azərbaycana gəlişi martın 20-si Bakı vaxtı ilə saat 14:29-da olacaq.

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR