Yol polislərinin rəftarından razısınızmı? - SORĞU

Yolda saxladığı sürücünü aşağılayan və bunu videoya çəkən yol polisi əməkdaşı işdən çıxarılıb.

 

APA TV-nin xəbərinə görə, yol polisi inspektoru Elvin Mövlanov Baş Dövlət  Yol Polisi İdarəsinə çağırılıb və idarə rəhbərliyinin əmri ilə tutduğu vəzifədən azad edilib.

 

Bu hadisə sosial şəbəkələrdə geniş müzakirəyə səbəb oldu. Bir çoxları yol polisi əməkdaşlarının kobud davranışlarından təngə gəldiyini, bəziləri isə günahın sürücülərdə olduğunu bildirdi.

 

Bəs görəsən, Bakı sakinləri necə, yol polisi əməkdaşlarının rəftarından razıdırlarmı?

 

Sorğudan göründüyü kimi, yol polislərinin rəftarından razı olan da var, narazı olan da.

 

Hər bir peşə faydalıdır. Amma gərək peşəni sevəsən. Dırnaqarası yanaşılan bütün işlər məlum videodakı görüntüləri ortaya çıxaracaq.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR