Müdafiə Nazirliyi əsgərin şəhid olması xəbərinə münasibət bildirdi
Müdafiə Nazirliyi Azərbaycan əsgərinin şəhid olması barədə yayılan məlumatlara münasibət bildirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA TV-yə bildirilib ki, hazırda Almaniyada məskunlaşan Həbib Müntəzir yanvarın 24-də sosial şəbəkədə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Əkbəri Mahmud Əli oğlunun guya şəhid olması barədə yalan xəbər yayıb, onun fotosunu paylaşıb və Müdafiə Nazirliyinin bu haqda susması iddiasını irəli sürüb.
Müdafiə Nazirliyi bəyan edir ki, Həbib Müntəzirin yaydığı məlumat əsassızdır. Əsgər Əkbəri Mahmud Əli oğlu sağ-salamatdır və hazırda hərbi hissələrdən birində müddətdən artıq həqiqi hərbi xidmətdədir. Bu cür və buna bənzər yalan xəbərlərin sosial şəbəkələrdə yayılaraq tirajlanması ailələr üçün böyük narahatlıq doğurur, ictimaiyyət arasında çaşqınlıq yaradır və ordumuzun uğurlarına kölgə salaraq nüfuzuna xələl gətirmək məqsədi güdür.
Müdafiə Nazirliyi ölüm xəbəri yayılan hərbçinin video müraciətini də təqdim edib. Mahmud Əkbəri video müraciətində şəhid olması barədə sosial şəbəkələrdə yayılan məlumatın yalan olduğunu bildirib: “Hamıya və ilk növbədə valideynlərimə deyirəm ki, salamatam, hərbi hissədə xidmətimi davam etdirirəm”.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı