OPEK amili “şist neft”ini üstələyir, neft bahalaşır
İranın OPEK razılaşmasına əməl etməyə yaxın olduğu barədə xəbərlər neftin qiymətinə pozitiv təsir göstərib. APA TV-nin məlumatına görə, İranın gündəlik hasilatı 210 min barel azaltmağa yaxın olduğu açıqlanıb. Bu açıqlamadan sonra birjalarda “Brent” neftinin qiyməti 55,76 dollara yüksəlib. Bir müddət sonra Amerika Neft İnstitutunun açıqladığı rəqəmlər neftin qiymətini ucuzlaşdırsa da, bu, müvəqqəti proses olub. Hazırda birjaların səhər seanslarında “Brent” nefti 55,33 dollardan, Qərbi Texas nefti isə 53,04 dollardan təklif olunur.
Neft qiymətlərinin dinamikası göstərir ki, bazarda qiymətlərə OPEK razılaşması daha çox təsir göstərməyə başlayıb. Dünən ABŞ-ın neft ehtiyatlarına dair ilk qeyri-rəsmi hesabat açıqlansa da, rəqəmlərin qiymətlərə təsiri iki saatdan çox olmayıb. Hesabata əsasən, ötən həftə ABŞ-da neft ehtiyatlarının həcmi 2,9 milyon barel, benzin ehtiyatlarının həcmi isə 4,8 milyon barel artıb. Ehtiyatlara dair rəsmi hesabat bu gün açıqlanacaq.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı