Rusiya Suriyanın yeni konstitusiyasını yazdı - ASTANADA TƏQDİMAT
Moskva Suriya silahlı müxalifətinin nümayəndələrinə yeni konstitusiyanın layihəsini təqdim edib. APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Astanadakı danışıqlarda iştirak edən Rusiya nümayəndə heyətinin rəhbəri Aleksandr Lavrentyev bildirib.
Onun sözlərinə görə, layihə rusiyalı mütəxəssislər tərəfindən hazırlanıb.
Lavrentyev qeyd edib ki, Rusiya konstitusiyanın nəzərdən keçirilməsi və qəbul edilməsi prosesinə heç bir müdaxilə etmədən, bu prosesi tezləşdirilmək və ona əlavə stimullaşdırıcı təkan vermək niyyətindədir və burada başqa məqsəd güdülmür.
Rusiya nümayəndə heyətinin rəhbərinin sözlərinə görə, Suriya müxalifəti təklifin müzakirəsini qəbul edib.
Rusiya, İran və Türkiyə Astanada keçirilmiş iki gülük danışıqların yekunlarına dair birgə bəyanat qəbul ediblər. Tərəflər bəyanatda atəşkəs rejiminə nəzarət mexanizminin və birgə əməliyyat qrupunun yaradıldığını elan ediblər. Detallar Tehran, Moskva və Ankara arasında hərbi kanalların vasitəsilə işləniləcək.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı