Yaqland: "Azərbaycanlı girovların və əsgərin meyitinin qaytarılması jest ola bilər"

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının plenar iclasında Avropa Şurasının baş katibi Tyorbörn Yaqland ermənilərin işğal etdiyi Azərbaycan ərazilərində girov götürülən iki azərbaycanlı - Dilgəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycana qaytarılmasının əlamətdar bir jest ola biləcəyini söyləyib.

O bildirib ki, iki il əvvəl Ermənistan prezidenti ilə görüşündə bu məsələni qaldırıb. Yaqland əlavə edib ki, 29 dekabrda tərəflər arasında baş vermiş atəşkəsin pozulması nəticəsində qətlə yetirilmiş azərbaycanlı əsgərin meyitinin qaytarılması məsələsini də gündəmə gətirib. O əlavə edib ki, təmsil etdiyi qurum həm münaqişənin sülh yolu ilə həlli yollarını axtaran Minsk prosesinin iştirakçısı, həm də sülhü bərqərar etmək  səlahiyyətində olan təşkilat deyil. Buna baxmayaraq, münaqişələrin humanitar tərəflərinə gəldikdə, Avropa Şurası hər zaman öz töhfəsini verməyə hazırdır. 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR