Sürücünü yalvardıb videoya çəkən yol polisi işdən çıxarıldı

Bu gün sosial şəbəkələrdə yol polisinin vətəndaşla dialoqunu özündə əks etdirən video görüntülər yayılıb.  

APA TV-nin məlumatına görə, bu görüntülər sosial şəbəkələrdə yayıldıqdan dərhal sonra, həmin videonu lentə almış yol polisi inspektoru Elvin Mövlanov Baş Dövlət  Yol Polisi İdarəsinə çağırılıb və o idarə rəhbərliyinin əmri ilə tutduğu vəzifədən azad edilib.  

99 YP 965 dövlət nömrə nişanlı avtomobildə xidmət aparan Elvin Mövlanov yol-hərəkət qaydalarını pozan sürücünün yalvarışlarını və ağlamasını əks etdirən videonu çəkib. Həmin video sonradan  sosial şəbəkələrdə yayılıb.

 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR