Polkovnik Sadiq Gözəlov və general Şərif Əsədullayev təqaüdə göndərildi

Daxili İşlər Nazirliyinin (DİN) iki yüksək rütbəli əməkdaşı təqaüdə göndərilib. APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri polis polkovniki Sadiq Gözəlov və İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi polis general-mayoru Şərif Əsədullayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndəriliblər. 
 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR