Lənkəranda banka basqın: pulla dolu seyf oğurlandı

Lənkəranda banka basqın olub. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə ötən gecə şəhər ərazisindəki bank olmayan kredit təşkilatının ofisində qeydə alınıb.

 

Hələ ki şəxsiyyəti məlum olmayan şəxs və ya şəxslər "VİZA" MMC-nin ofisinin qapısını sındıraraq içəri daxil olublar. İçində qurumun pul vəsaitləri saxlanılan seyf naməlum şəraitdə oğurlanıb. Hadisə barədə Lənkəran Rayon Polis Şöbəsinə məlumat verilib və araşdırmalara başlanılıb. Seyfin içindəki vəsaitin həcmi barədə açıqlama verilmir.

 

Hələlik hadisə ilə bağlı saxlanılan yoxdur. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR