Xızı-Giləzi yolunda dəhşətli qəza: 2 ölü, 4 yaralı

Xızı-Giləzi yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, “Mercedes” markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

 

Qəza zamanı bir nəfər aldığı xəsarətdən hadisə yerində ölüb. Yaralılar Xızı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlardan 3-ün kimliyi müəyyənləşdirilib. Bunlar Bakı şəhəri Biləcəri qəsəbəsi sakinləri - Eldəniz Allahverdiyev, Əfqan Nəzərov və Asim Çingiz oğludur. Müvafiq tibbi yardımdan sonra həmin şəxslər Sumqayıtda yerləşən tibb müəssisələrindən birinə aparılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, yanvarın 23-də Giləzi qəsəbəsində Bakı şəhər sakini Bəhməniyar Məmmədqasımovun idarə etdiyi "Mercedes" markalı avtomobil aşıb. Nəticədə onun sərnişinlərindən Elçin adlı şəxs hadisə yerində ölüb, özü və 4 sərnişini xəstəxanaya yerləşdirilib. Bəhməniyar Məmmədqasımov isə xəstəxanada ölüb.

 

Faktla bağlı Xızı Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR