MKİ-nin yeni rəhbəri vəzifəsinin icrasına başladı
ABŞ Senatı Donald Tramp administrasiyasında yer alacaq iki əsas fiqurun namizədliyini nəzərdən keçirib. APA TV-nin "Euronews"a istinadən məlumatına görə, Senatın müvafiq komitəsi bir səs fərqi ilə Reks Tillersonun dövlət katibi postuna namizədliyini dəstəkləyib.
Bununla belə yeni vəzifəyə rəsmən təsdiqlənməsi üçün R. Tillerson üzvlərin əksəriyyəti respublikaçılardan ibarət olan Senatda çoxluğun dəstəyini qazanmalıdır. Partiyadakı nüfuzlu şəxslər isə Rusiya ilə mümkün sıx əlaqələri fonunda Reks Tillersonun namizədliyini dəstəkləyir.
Mərkəzi Kəşfiyyat İdarəsinə gəlincə, qurumun yeni rəhbəri Maykl Pompeo artıq vəzifəsinin icrasına başlayıb.
Senatorların Reks Tillersonun namizədliyinə növbəti həftə ərzində keçiriləcək səsvermədə münasibət bildirəcəyi gözlənilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı