Cəbhə xəttində növbəti monitorinq keçirildi

Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinq keçirilib.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, monitorinq ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Tərtərin Qapanlı kəndi istiqamətində baş tutub.

 

Azərbaycan tərəfdən monitorinqi keçirən ATƏT-in fəaliyyətdə olan şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Saymon Tiller və Piter Şverdberq əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər.

 

Görüşdən sonra ATƏT nümayəndələri cəbhədəki vəziyyəti müşahidə etmək üçün qoşunların təmas xəttinə yollanıblar.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, monitorinq insidentsiz başa çatıb.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR