Cəlilabadda iribuynuzlu heyvanlar oğurlandı
Cəlilabadda iribuynuzlu heyvanlar oğurlanıb. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Cəfərxanlı kəndində baş verib.
Axşam saatlarında tövləyə daxil olan naməlum şəxs və ya şəxslər oradan Şakir Mehdiyevə məxsus iki baş iribuynuzlu heyvanı oğurlayıblar. Oğruların ayaq izləri ilə gedən Şakir Mehdiyev ətrafda avtomobil təkərlərinin izinə də rast gəlib. Məlum olub ki, heyvanlar müəyyən məsafədən sonra avtomobilə mindirilərək ərazidən uzaqlaşdırılıb: "Həyət qapısından giriblər içəri, malın arxasınca gəliblər. Burda iki dənə iri erkək heyvan var idi, onları bu görünən qapıdan çölə çıxarandan sonra həmin qapını təzədən çöldən bağlayıblar".
Oğurluq nəticəsində təsərrüfat sahibinə 2 min manata yaxın ziyan dəyib. Hadisə ilə bağlı polisə məlumat verilib. Cinayəti törədənlərin tapılması istiqamətində araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı