Avtovağzal dispetçerindən 2 kq narkotik götürüldü

Lənkəranda avtovağzal dispetçeri 2 kq-dan artıq narkotiklə saxlanılıb.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının Səpnəkəran kəndində keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı "BMW" markalı avtomaşın saxlanılıb.

 

Baxış zamanı həmin maşında sərnişin qismində olan 36 yaşlı, avtovağzal dispetçeri Aqşin Məmmədovdan 2 kq 105 qram tiryək və 100,369 qram psixotrop maddə olan metamfetamin götürülüb.

 

Müstəntiq Toğrul Hüseynovun sözlərinə görə, ilkin dindirmə zamanı məlum olub ki, Aqşin Məmmədov həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı olan Rza adlı şəxsdən alıb.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR