İŞİD hərbçilərin mövqelərini belə bombaladı - DRON VASİTƏSİLƏ
İŞİD terror təşkilatı əlində olduğu PUA vasitəsi ilə endirdiyi zərbələrin görüntülərini sosial şəbəkələrdə yayıb.
APA TV-nin məlumatına görə, terror qruplaşmasından PUA-dan çox istifadə edildiyini desələr də, ilk dəfədir belə bir video yayılıb. Zərbələrin İraq və ya Suriya ərazisində anti-terror əməliyyatları keçirən hansı ölkənin birləşmələrinə endirildiyi barədə məlumat verilmir.
Videoda bomba yüklü maşının sükanı arxasına oturan terrorçunun nəqliyyat vasitəsini hərəkətə gətirdiyi və daha sonra şəhərin hansısa bölgəsində özünü partlatdığı görünür.
Daha sonra İŞİD PUA-sı 10 hərbçinin olduğu nöqtəyə zərbə endirir.
Videonun sonunda terrorçuların PUA-sı görüntülənir. Hava texnikasının ABŞ istehsalı "Predator" tipli MQ-9 dronlarına bənzərliyi diqqət çəkir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı