Teleaparıcı canlı yayımda qonağa od vurdu - HADİSƏ ANI
Küveyt telekanallarının birində aparıcı canlı yayımda qonağın üzərinə benzin tökərək ona od vurub.
APA TV-nin məlumatına görə, ölkənin tanınmış şoumenlərindən olan Casem Rəcəb efirdə qonağı olan şəxsi "Instaqram"da ən səs-küylü adam adlandırıb. Onun gözlərini bağlayan aparıcı qonağı yandıracağını bildirib.
Gözləri bağlı vəziyyətdə olan qonaq buna inanmasa da, şoumen gözlənilmədən onun üzərinə benzin tökməyə başlayıb və kibriti yandıraraq ona od vurub.
Yanmağa başlayan şəxsin üzərinə dərhal köpük püskürdülüb. Teleaparıcı proqramdan sonra etdiyi hərəkəti təkrarlamağı heç bir həmkarına məsləhət görmədiyini və qonağın da heç bir ağrı hiss etmədiyini deyib. Casem Rəcəb onun üzərinə xüsusi maddə çəkildiyini bildirib. Bəzi tamaşaçılar isə onlara şok yaşatdığına görə şoumenin cəzalandırılmasını tələb edir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı