Mosulun şərq hissəsi İŞİD-dən bütünlüklə təmizləndi - SON GÖRÜNTÜLƏR
Mosulun şərq hissəsi bütünlüklə İraq ordusunun nəzarətinə keçib. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Müdafiə Nazirliyi bildirib.
Yanvarın 23-də bu bölgədəki sonuncu rayon da İŞİD-dən təmizlənib. Əməliyyatın ən uğurlu nəticəsi kimi yerli universitet binasının terrorçulardan geri alınmasıdır. Ali məktəbin yerləşdiyi ərazi strateji nöqtə sayılır. Buna ən çox sevinənlər isə tələbələridir: "Biz oxumaq istəyirik. Bu qələbə İŞİD-ə ciddi mesajdır. Kitablarımızla universitetimizə qayıdacağımız günü çox gözləmişik, kitabxanamızı üçün darıxmışıq".
Mosul əməliyyatına ötən ilin oktyabrında start verilib. Şəhər iki ildən çoxdur İŞİD-in nəzarətindədir. Əməliyyat başlayandan Mosulu 160 min sakin tərk edib.
Bir neçə gün öncə isə Mosulun qərb məhəllələrinin terrorçulardan təmizlənməsi əməliyyatına başlanıb. Amma hələ ki, bir nəticə yoxdur.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı