Obama prezidentliyinin son dəqiqələrində Fələstinə milyonlar bağışladı

Obama səlahiyyət müddətinin başa çatmasına bir neçə saat qalmış Fələstinə 221 milyon dollar məbləğində vəsait ayırıb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, sözügedən vəsait regiona humanitar yardım edilməsi, habelə islahatların dəstəklənməsi üçün yönəldilib.

 

Barak Obama Konqresi ayrılan məbləğin Fələstin hökumətinin hesabına ABŞ prezidenti Donald Trampın inauqurasiyası günü, 20 yanvar tarixində köçürülməli olduğu ilə bağlı məlumatlandırıb.

 

Onun adından konqresmenlərə göndərilən məktubda vəsaitin İordan çayının qərb sahilində, habelə Qəzza sektorunda məskunlaşan əhaliyə humanitar yardımın göstərilməsinə sərf olunacağı qeyd olunub.

 

Bundan əlavə Ağ Evin sabiq rəhbəri konqresmenlərə BMT tərkibindəki qurumlar tərəfindən icra olunan proqramların maliyyələşdirilməsinə ümumilikdə 6 milyon dollar vəsaitin ayrılması ilə bağlı da müraciət edib. 1 milyon 500 min dollar isə ABŞ-ın Əfqanıstan və Pakistandakı nümayəndəliklərinin xərclərinə yönəldilib.

 

Analitiklər Barak Obamanın bu addımının Tramp Administrasiyasında ciddi narazılıq doğuracağını proqnozlaşdırır. 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR