İsmayıllıda avtomobil çaya düşdü: ata öldü, oğlu yaralandı
İsmayıllı rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə İsmayıllı-Qalacıq-İstisu avtomobil yolunda qeydə alınıb.
Qəbələ rayon sakini, 1962-ci il təvəllüdlü Ağaməmmədov Ağaməmməd Əliheydər oğlu idarə etdiyi 36 BG 893 dövlət nömrə nişanlı “QAZel” markalı yük avtomobili ilə Qalacıq kəndinin ərazisində, Göyçay çayı üzərindəki körpüdən keçərkən sürücü idarəetməni itirib və yük maşını yoldan çıxaraq çaya düşüb. Qəzaya səbəb yolun buz bağlaması olub.
Hadisə zamanı sürücü Ağaməmməd Ağaməmmədov olay yerində dünyasını dəyişib, onun oğlu, 1992-ci il təvəllüdlü Ağaməmmədov Pərviz Ağaməmməd oğlu isə ağır bədən xəsarətləri ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, ata və oğlu mal-qara alveri ilə məşğul olub. Onlar İstisu kəndindən aldıqları heyvanları Qəbələyə apararkən hadisə baş verib. Qəza zamanı “QAZel”in yük yerindəki iki baş iri buynuzlu heyvan yüngül xəsarət alıb.
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı