Manat ucuzlaşdı - GÜNÜN MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

APA TV-nin məlumata görə, ABŞ dollarının məzənnəsi yanvarın 23-ü ilə müqayisədə artaraq 1,8559 manat təşkil edib.
 

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası möhkəmlənərək 1,9957 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,321 manatdır. Beləliklə, funt sterlinqin də məzənnəsində artım baş verib.

 

Rus rublu, Türkiyə lirəsi və Gürcüstan larisi də bahalaşıb. Hazırda 1000 rubl 31 manat 20 qəpik, 100 lirə 49 manat 39 qəpik, 100 gürcü larisi isə 69 manat 06 qəpikdir.

Azərbaycan Mərkəzi Bankı rəsmi məzənnələri həftə içi hər gün açıqlayır. Həftəsonu isə üçgünlük məzənnə açıqlanır.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR