Astanadakı Suriya danışıqlarında ikinci gün

Qazaxıstanın paytaxtı Astanada Suriya üzrə danışıqların ilk günü başa çatıb. Bu barədə Suriya müxalifətinin nümayəndəsi Yəhya əl-Aridi məlumat verib. Danışıqlar yanvarın 24-də davam etdiriləcək. Məlumatlı mənbənin bildirdiyinə görə, Astanada məsləhətləşmələr Suriya hökuməti və müxalifəti arasında əlaqəli şəkildə, BMT baş katibinin xüsusi nümayəndəsi Staffana de Misturanın vasitəçiliyi ilə keçirilib. Danışıqlarda Suriyada atəşkəsin saxlanması mexanizmləri müzakirə olunub.

 

Danışıqlarda, yeddi tərəf iştirak edir. Bu sıraya Suriya hökuməti və müxalifətinin təmsilçiləri ilə yanaşı, Rusiya, Türkiyə və İranın nümayəndə heyətləri, həmçinin BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi və ABŞ-ın Qazaxıstandakı səfiri daxildir.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR