“Formula-1”in rəhbəri istefaya göndərildi

“Formula-1” avtomobil yarışlarının icraçı direktoru Berni Ekklstoun istefaya göndərilib. APA TV-nin məlumatına görə, bu barədə jurnalistlərə B. Ekklstoun özü bildirib.

 

“Bu gündən mən “Formula-1”ə rəhbərlik etmirəm. Məni Çeyz Keri əvəzləyib. Məni istefaya göndərdilər. Mən sadəcə gedirəm. Bu rəsmidir. Düzdür, mənə fəxri prezident postu təklif edilib. Amma mən bunu başa düşə bilmirəm”, deyə B.Ekklstoun qeyd edib.

 

Ötən il “Formula-1” ABŞ-ın “Liberty Media” şirkəti tərəfindən 4,4 milyard dollara satın alınıb. Buna baxmayaraq, B.Ekklstounun azı 3 il ərzində postunu saxlayacağı gözlənilirdi.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR