Prosineçki “Bursaspor”un təklifini təsdiqlədi: “Hörmətlə yanaşdım...”

"Bursaspor"un vitse-prezidenti Əli Adəmoğlu millimizin baş məşqçisi Robert Prosineçki ilə maraqlandıqları barədə xəbərləri təsdiqləyib. APA TV-nin məlumatına görə, klub rəsmisi xorvatiyalı mütəxəssislə ilkin danışıqlar apardıqlarını təsdiqləyib.

 

"Klub nümayəndələri Azərbaycandadırlar. Qısa zaman ərzində məsələ ilə bağlı son məlumatları bildirəcəyik. Prezidentimiz Əli Ayla birgə hazırda Ankaraya qayıdırıq. Axşam saatlarında İdarə Heyətimiz bir araya gələrək qərarı açıqlayacaq" - deyə, Adəmoğlu bildirib.

 

Türkiyədən dəvət aldığını təsdiqləyən Robert Prosineçki apasport.az saytına açıqlamasında qısa danışıb: "Təklifə hörmətlə yanaşdım, amma "Bursaspor" rəsmilərinə bildirdim ki, mərhələnin sonuna qədər Azərbaycan millisi ilə müqaviləm var. Bu səbəbdən mənim o kluba keçməyim doğru deyil".

 

"Bursaspor"un Prosineçki ilə 2,5 illik müqavilə imzalamaqla bağlı razılığa gəldiyi iddia edilir.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR