Trampdan qeyri-adi qərar: ABŞ özünün yaratdığı birlikdən çıxdı

ABŞ prezidenti Donald Tramp ölkəsinin Trans-Sakit Okean Tərəfdaşlığından çıxmasına dair fərman imzalayıb. APA TV-nin məlumatına görə, ötən il 12 ölkənin iştirakı ilə imzalanan Trans-Sakit Okean Tərəfdaşlığına dair saziş Asiya və Sakit Okean regionunda geniş azad ticarət zonasının yaradılmasını nəzərdə tuturdu.

 

Sazişdə həmçinin Asiya və Sakit Okean regionunda müxtəlif mal və xidmətlərə gömrük rüsumunun ləğvini nəzərdə tutulurdu. Sənəd Avstraliya, Bruney, Vyetnam, Kanada, Malayziya, Meksika, Yeni Zelandiya, Peru, ABŞ, Sinqapur, Çili və Vyetnam tərəfindən imzalanmışdı.

 

Qeyd edək ki, dünya iqtisadiyyatının 40 faizi və dünya ticarətinin 1/3 hissəsi  Sakit okean ölkələrinin payına düşür.

 

Trans-Sakit Okean Tərəfdaşlığı ABŞ-ın başçılığı ilə bir neçə illik hazırlıqdan somra yaradılıb.

 

Donald Tramp Trans-Sakit Okean Tərəfdaşlığı sazişini təhlükəli adlandıraraq, layihənin həyata keçirilməsinə qarşı çıxış edib. O, Çinin qeyd olunan sazişdən istifadə edəcəyini və layihədən daha çox qazanacağını bildirib.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR