Robert Prosineçki “Bursaspor”a getdi? - AFFA-nın cavabı
Hamza Hamzaoğlunu istefaya göndərən “Bursaspor” klubu baş məşqçi axtarışını yekunlaşdırıb. APA TV-nin məlumatına görə, Türkiyə mətbuatında “ağ-yaşıllar”ın Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki ilə anlaşdıqları barədə xəbər yayılıb. Məlumatda bildirilir ki, “Bursaspor” rəhbərliyi bu gün xorvatiyalı çalışdırıcı ilə görüşüb və tərəflər arasında 2,5+1 illik müqavilə imzalanıb. Əvvəllər Türkiyənin “Kayserispor” klubunu çalışdırmış Prosineçkinin qarşıdakı günlərdə bu ölkəyə yollanaraq, rəsmi müqaviləyə qol çəkəcəyi qeyd olunub.
“Bursaspor” rəsmilərindən heç kim məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu isə Apasport.az saytına açıqlamasında məlumatı təkzib edib: "Boş xəbərdi. Prosineçki "Bursaspor"a gedə bilməz, çünki bizimlə müqaviləsi var. Onu "Bursaspor" yox, millimizin martda Almaniya ilə keçirəcəyi oyun maraqlandırır".
Qeyd edək ki, Robert Prosineçki 2014-cü ilin dekabr ayından Azərbaycan yığmasını çalışdırır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı