Şamaxıda 26 yaşlı qız özünü asdı

Şamaxı rayonunda intihara cəhd hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə hadisə Şamaxı rayonunun Şəhriyar qəsəbəsində qeydə alınıb.

 

Qəsəbə sakini, 1991-ci il təvəllüdlü Aynur Abdulbağı qızı Qurbanova yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü kəndirlə asaraq intihar etmək istəyib. Ailə üzvləri hadisədən tez xəbər tutaraq onun intihar etməsinə mane olublar və kəndiri boğazından çıxarıblar.

 

Aynur Qurbanova boğulduğu üçün huşsuz vəziyyətdə yerə yıxılıb. Komaya düşən 26 yaşlı qız təcili olaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, hazırda vəziyyəti ağır olaraq qalır. Onun hansı səbəbdən özünə qəsd etməsi hələ ki, məlum deyil.

 

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Elvin Yaqubov

OXŞAR XƏBƏRLƏR