“Bacısını öldürüb, namusumuzu təmizlədi” - ŞAMAXIDA DƏHŞƏTLİ QƏTL
Şamaxı rayonunda dəhşətli qətl hadisəsi törədilib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında Şamaxı şəhərinin Seyid Əzim Şirvani küçəsi 5, dalan 3 ünvanındakı mənzildə qeyd alınıb.
Şamaxı şəhər sakini, 1977-ci il təvəllüdlü Rafael Səbrxan oğlu Yolçuyev ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı 1981-ci il təvəllüdlü bacısı Arzuxanova Yasəmən Səbrxan qızını öldürüb.
Qətlin bəzi təfərrüatları məlum olub. Hadisənin bacı və qardaş arasında qısqanclıq zəminində yaranan söz-söhbətdən sonra baş verdiyi bildirilir. Yerli sakinlərin məlumatına görə, iki uşaq anası olan Yasəmən Arzuxanova həyat yoldaşı ilə dava edərək küsüb evdən çıxıb və Bakı şəhərinə gedib. Qardaşı Rafael Yolçuyev bacısını Bakıdan rayona gətirib və onu boğaraq öldürüb.
Rafael Yolçuyev hadisəni törətdikdən sonra könüllü olaraq Şamaxı rayon Polis Şöbəsinə gedib və bacısını namus üstündə öldürdüyünü bildirib. Meyit müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinə aparılıb. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Əmisi oğlu Rafael Yolçuyevin cinayətinə haqq qazandırıb: “Əmim qızı ailəli idi və səhv yola düşdü, qardaşı eşidən kimi tədbirini gördü. Biz onu bağışlaya bilməzdik. Namusumuzu təmizləmək üçün əmim oğlu Rafael Yolçuyev bacısını öldürdü və könüllü olaraq polisə təslim oldu”.
Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı