DGK: Böhran Azərbaycanda iqtisadi artıma ciddi təsir etmir

Ötən il Azərbaycanda gömrük hüquqpozmalarına qarşı mübarizə davam etdirilib, 516 cinayət xarakterli fakt qeydə alınıb. Onlardan 323-ü qaçaqmalçılıq faktı, 129-u narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədardır.

 

APA TV-nin məlumatına görə, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyev deyir ki, 2016-cı ildə Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 17 mlrd. 675 mln. 727,26 min dollar təşkil edib ki, bu da bir il əvvəlki dövrə nisbətən 19,46% azdır.

 

Onun sözlərinə görə, Azərbaycanın gömrük sərhədlərinin keçilmə vaxtı 3 saatda 20 dəqiqə azaldılıb.

 

S.Mehdiyev qeyd edib ki, dünyada davam edən iqtisadi böhran Azərbaycanda iqtisadi artıma ciddi təsir etmir və qeyri-neft sektorunun inkişafı davam etdiriləcək.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR