Melaniya Tramp Ağ Evi tərk edir

ABŞ prezidentinin həyat yoldaşı Melaniya Tramp yaxın günlərdə Nyu-Yorka qayıdacaq.

 

APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, buna səbəb ştatlarda yeni dərs ilinin başlanmasıdır.

 

Bununla bağlı verilən açıqlamada Tramp cütlüyünün 10 yaşlı oğlu Berronun dərsləri səbəbindən Melaniya Trampın bundan sonra vaxtını paralel olaraq həm Nyu-York, həm də Vaşinqtonda keçirəcəyi bildirilib.

 

Hələ ötən ilin noyabr ayında Donald Tramp prezident seçiləcəyi təqdirdə, oğlunun dərsləri bitdikdən sonra ailəsinin Ağ Evə yerləşəcəyini açıqlamışdı.

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR