İmişlidə altımərtəbəli binada yanğın: 3 nəfər xilas edildi
İmişlidə 20 mənzilli binada yanğın baş verib, 3 nəfər xilas edilib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, yanğın hadisəsi saat 7.50 radələrində T.İsmayılov küçəsində yeni inşa edilmiş binanın 2-ci mərtəbəsində baş verib.
Kazımov Elçin Ərşad oğlunun kirayədə qaldığı 140 kvadrat metr ərazisi olan 4 otaqlı mənzildə baş verən yanğın güclü tüstü ilə müşayiət olunub. Hadisə yerinə gələn İmişli rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi yanğını söndürüb.
Yanğın zamanı tüstüdən boğulma təhlükəsi ilə üzləşən yuxarı mərtəbədə yerləşən mənzildən ana və azyaşlı uşağı yanğınsöndürənlər tərəfindən xilas edilib. Yanğın nəticəsində 20 kvadrat metr sahəsi olan bir otaq əşyalar birgə yanıb. Yanğın binanın fasadına ciddi ziyan vurub.
Yanğına elektrik xətlərində baş verən qısaqapanma səbəb olub. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı