Erməni Tramp administrasiyasında yüksək vəzifəyə təyin olundu
ABŞ-ın yeni vitse-prezidenti Mayk Pens erməni əsilli Ken Naxiqyanı Trampın keçici administrasiyasının icraçı direktoru təyin edib.
APA TV-nin "The Wall Street Journal"a istinadən verdiyi məlumata görə, Ken Naxiqyan Trampın seçki kampaniyasında onun strateji planlaşdırma mərkəzinə rəhbərlik edib.
İndi o, Senatdakı dinləmələr zaman administrasiyada vəzifə tutacaq namizədlərin təyin olunması işində onlara kömək edəcək. Ümumiyyətlə seçkidən sonra Naxiqyanın etibar qazandığı bildirilir.
Naxiqyandan əvvəl bu postu tutan Rik Dirborn hazırda sözü gedən postda daha layiqli şəxsin təmsil olunduğunu deyib. O, özü isə formalaşacaq administrasiyanın rəhbərinin müavini olacaq.
Ken Naxiqyan isə prezident Tramp, vitse-prezident Mayk Pens və Rik Dibronun bu etimadından şərəf duyduğunu bildirib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı