Səudiyyə kralı xalqı yağış duasına səslədi

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əl-Səud krallıqda yağış yağması üçün xalqı cümə axşamı kütləvi şəkildə dua etməyə çağırıb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bu barədə məlumat krallığın dəftərxanasından verilib.

 

Bir müddət əvvəl analoji dini mərasim həmçinin Birləşmiş Ərəb Əmirliklərində də keçirilib. Bu həftə sonu isə sözü gedən əraziyə az miqdarda yağıntı düşüb.


Ərəbistan yarımadası hava hərarətinin müsbət 50 dərəcə təşkil etdiyi coğrafi nöqtələrdən biridir. Krallığın mərkəzi və şərqi hissələrində yağıntılı hava istisnasız olaraq qış və yaz aylarında, qərbində isə yalnız qışda müşahidə olunur.

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR