Zaqatalada sərxoş piyadanı maşın vurub öldürdü

Zaqatalada piyada ölümü ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə yanvarın 22-si axşam saat 19:00 radələrində rayonun Əliabad qəsəbəsi ərazisində baş verib.

 

Rayonun Əliabad qəsəbə sakini, Samiq Mahma oğlu Muradov idarə etdiyi “VAZ 21074” markalı, 10 DG 107 dövlət nömrə nişanlı  avtomobillə hərəkətdə olarkən yolu sərxoş halda keçmək istəyən piyada, Əliabad qəsəbə sakini, 1955-ci il təvəllüdlü Ramiz Ağabala oğlu Ağaməmmədovu vurub. Qəzadan sonra R.Ağaməmmədov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

 

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır. 

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov

OXŞAR XƏBƏRLƏR