Neft həftəyə dəyərini qorumaqla başlayıb
Neft birja həftəsinə stabil qiymətlə başlayıb. APA TV-nin xəbərinə görə, ötən həftələrin başlanğıc seanslarından fərqli olaraq bu həftənin ilk hərraclarında neftin qiyməti dəyişməz qalıb.
Birjalarda “Brent” markalı neft alıcılara 55,62 dollardan təklif olunur ki, bu da iki gün əvvəl başa çatmış həftənin yekun hərracındakı qiymətlə eynidir. Qərbi Texas nefti də dəyərini qoruyub. Hazırda WTİ markalı neft 53,21 dollardan satılır.
Ekspertlər neftin qiymətinin yerində saymasını bahalaşmağa hazırlıq kimi dəyərləndirir. Bu həftə OPEK ölkələrinin açıqlayacağı hesabatlar, ABŞ-ın hasil olunmuş neft ehtiyatlarının həcminə dair rəqəmlər, Çin iqtisadiyyatında inkişaf templərinə dair statistik göstəricilər və prezident Trampın verəcəyi açıqlamalar neftin qiymətlərinə təsir göstərəcək əsas amillərdən olacaq.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı