Dolların kursu dəyişmədi, avro bahalaşdı - HƏFTƏNİN İLK MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb. APA TV-nin məlumata görə, ABŞ dollarının məzənnəsi yanvarın 19-u ilə müqayisədə dəyişməyərək 1,8311 manat təşkil edib.
 

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası möhkəmlənərək 1,9659 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,2728 manatdır. Beləliklə, funt sterlinqin məzənnəsində artım baş verib.

 

Rusiyanın milli valyutası və Gürcüstan larisi zəifləyib. Hazırda 1000 rubl 30 manat 7o qəpik, 100 gürcü larisi isə 68 manat 79 qəpikdir.

Türkiyə lirəsi isə dəyər qazanıb. Bu günə olan məzənnəyə görə, 100 lirə 48 manat 71 qəpikdir.

 

Azərbaycan Mərkəzi Bankı rəsmi məzənnələri həftə içi hər gün açıqlayır. Həftəsonu isə üçgünlük məzənnə açıqlanır.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR