Çində 19 binanı 10 saniyəyə partlatdılar

Çinin Uxan şəhərində xüsusi nəzarətlə 19 bina partladılıb. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, binalar cəmi 10 saniyəyə yerlə bir edilib.

12 mərtəbəli beton binaların ləğv edilməsi üçün 5 ton trotil sərf olunub. Partlayıcılar 150 min kv.metr ərazidə yerləşən tikililərin 120 min yerində quraşdırılıb.

Həmin binaların yerində biznes-məhəllə salınacaq. Orada yeni inşa ediləcək gödələnlərin hündürlüyünün 707 metr olacağı bildirilir.

 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR