Balakəndə oğru dəstəsi ələ keçdi

Balakəndə evlərdən və avtomobillərdən oğruluq edən rayon sakinləri həbs edilib.
APA TV-nin yerli bürosunun məlumatına görə, rayonun Katex və Kortala kəndlərindən olan bir qrup sakin yaşadıqları evlərin həyətyanı sahəsinin saxlanc yerlərindən təsərrüfat əşyalarının və avtomobillərin ehtiyat hissələrinin oğurlanması barədə Balakən rayon Polis Şöbəsinə müraciət ediblər.

Axtarış-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, oğrular rayonun Hənifə kənd sakini, 1992-ci il təvəllüdlü Elçin Məhəmməd oğlu Musayev, Qaravəli kənd sakini, 1996-cı il təvəllüdlü Mirvan Oruc oğlu Qurbanov və Tülü kənd sakini, 1994-cü il təvəllüdlü Rəsul Bahəddin oğlu İsmayılovdur. Hər üç şəxs tutulub, oğurlanmış əşyalar onlardan götürülərək maddi sübut kimi  istintaqa təhvil verilib. 

Faktla bağlı Balakən RPŞ-də CM-nin müvafiq maddələri ilə cinayət işi başlayıb, təqsirləndirilən şəxslərin digər cinayətlərdə iştirak edib-etməməsi araşdırılır. 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR