ABŞ Türkiyə sərhədində 800 komando yerləşdirdi

ABŞ Suriya-Türkiyə sərhədində - Dırbesiyə-Haseki bölgələri arasında dördüncü hərbi bazasını qurub. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bazada 800 amerikalı xüsusi təlim keçmiş əsgər xidmət edəcək.

PYD-yə Menbiçtə təlim keçən və Əl-Bab əməliyyatında havadan dəstək göstərməyədiyinə görə Ankaranın qınağına tuş gələn ABŞ-ın bu addımının Türkiyə ilə münasibətlərə daha bir zərbə vuracağı istisna edilmir.

ABŞ hərbi bazasından Rəqqa və Deyr əz-Zor əməliyyatlarına qatılacaq PYD/YPG-dən qurulan Demokratik Suriya Qüvvələrinə dəstək veriləcəyi deyilir.
 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR