İranda ölkənin ən zəngin adamını asacaqlar

Xaricə neft satışından əldə etdiyi külli miqdarda vəsaiti mənimsəməkdə ittiham olunan Babək Zəncaninin edam ediləcəyi bildirilib.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn Möhsini Ejeyi jurnalistlərə bildirib.

Q. Möhsini Ejeyi deyib ki, bu iş üzrə təqsirləndirilən digər iki nəfərin edam hökmü dayandırılıb və Ali Məhkəmənin qərarı ilə iş yenidən araşdırılması üçün istintaqa qaytarılıb: “Əgər müstəntiq araşdırma zamanı Babək Zəncaniyə suallar ünvanlamaq istəsə, bunu edə biləcək”.

Q. Möhsini Ejeyi nəzərə çatdırıb ki, bu iş üzrə hazırda bir müddət öncə İnterpolun vasitəsi ilə tutulub ölkəyə qaytarılan şəxsin istintaqı davam etdirilir.

B.Zəncani edam hökmünün icrasını gözləyir. 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR