Hindistanda qatar relsdən çıxdı: 39 sərnişin öldü

Hindistanda qatarın relsdən çıxması nəticəsində 39 nəfər ölüb.

APA TV-nin "Euronews"a istinadən məlumatına görə, hadisə Orissa və Andxra-Pradeş ştatlarının sərhədində baş verib.

Sürətli qatarın lokomotivi və qatardakı 22 vaqondan 8-i relsdən çıxıb. Qəzanın səbəbləri hələ məlum deyil. Ancaq “Hindistan Dəmir Yolları” şirkəti təxribat versiyasını istisna etmir. Çünki hadisə baş verən regionda mao silahlıları fəaliyyət göstərir. 

Hindistanın baş naziri Narendra Modi ölənlərin qohumlarına və yaxınlarına başsağlığı verib. 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR