Oğurluqda ittiham edilən şəxs: "Kasıbçılıq, başqa nə vadar edəcək ki?"
Siyəzən rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində yaşayış evlərindən oğurluq etməkdə təqsirli bilinən şəxsi saxlayıb. APA TV-nın Şimal bürosunun verdiyi məlumata görə, həmin şəxs Siyəzən şəhər sakini 25 yaşlı Elvin Nəriman oğlu Bəydəmirovdur.
O, rayon sakini Əmirağa Məmmədova məxsus mənzildən 2400 manat məbləğində məişət avadanlıqlarını oğurlamaqda ittiham olunur. Baş müstəntiq Fərid Fərzəliyev onun digər oğurluqlarda da şübhəli bilindiyini deyib: "Elvin Bəydərmirov Siyəzən rayonu ərazisində xırda oğurluqlarda da şübhəli bilinir. İstintaq əməliyyat tədbirləri zamanı törətdiyi əməl müəyyən olunub. Onun digər oğurluqlarda iştirakı araşdırılır".
Araşdırma zamanı məlum olub ki, E.Bəydəmirov daha bir neçə mənzildə eyni əməli törədib. Əməllərindən peşman olduğunu deyən Elvin maddi çətinlik səbəbindən oğurluq etdiyini bildirir: "Siyəzən ərazisindən oğurluq eləmişəm. Peşmanam. Kasıbçılıq, işsizlik vadar edib. Başqa nə vadar eləyəcək?"
Hazırda onun barəsində Siyəzən RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı