Şirvanda azyaşlı quldur basqını etdi, ev sahibini bıçaqladı

Şirvanda evə quldur basqını edən yeniyetmə ailə üzvlərindən birini bıçaqlayıb. APA TV-nin  Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri S.Mehandarov küçəsi, 11 ünvanında baş verib.


Həmin ünvana oğurluq məqsədi ilə daxil olan  şəxs ev sahibəsi 55 yaşlı Mətanət Salahovaya hücum edib. Bu zaman anasının  köməyinə gələn 36 yaşlı Salahov Elbrus Bəhruz oğlu basqınçı tərəfindən bıçaqlanıb. Ağır bıçaq yarası alan 35 yaşlı E.Salahov Şirvan şəhər xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb.

Polis əməkdaşları anında hadisəni törədərək qaçmaq istəyən Şirvan sakini, 16 yaşlı İlkin Namiq oğlu Xantemitrov saxlayıb.
 

Faktla bağlı Şirvan Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR