Tramp kimdir? Bakı sakinlərindən fərqli cavablar - SORĞU




Tramp kimdir? Bakı sakinlərindən fərqli cavablar - SORĞU

ABŞ-ın 45-ci prezidenti Donald Tramp artıq rəsmən vəzifəsinin icrasına başlayıb. Ağ Evin yeni sahibinin şəxsiyyətinə ictimai maraq həddən artıq böyükdür. Bakı sakinləri necə, Donald Trampın kim olduğunu bilirlərmi? Cavablar müxtəlifdir, Trampın ABŞ-ın yeni prezidenti olduğun bilənlər də var, aktyor olduğunu düşünənlər də, ümumiyyətlə tanımayanlar da. 

 

Dünyada hər kəs Donald Trampı amerikalı milyarder, "Simpsonlar" serialının qəhrəmanı, lap elə Melania Trampın həyat yoldaşı kimi tanıyır. Bəs Bakı sakinləri necə, Trampın prezident olmazdan əvvəl nə işlə məşğul olduğunu bilirlərmi? Sorğunun nəticələrini kiçik istisnalarla qənaətbəxş hesab etmək olar. Əksəriyyət Donald Trampın iş adamı olduğunu, külli miqdarda sərvətə sahib olduğunu bilir, amma şoumen olduğunu, fermer olduğunu düşünənlər də yox deyil.

 

Nəticə çıxarmağı siz tamaşaçıların ixtiyarına buraxırıq. 

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR