Ağ Evin yeni sahiblərindən möhtəşəm rəqs - "My Way"

ABŞ prezidenti Donald Tramp andiçmə mərasimindən sonra ənənəvi bal təşkil olunub. APA TV-nin məlumatına görə, mərasim zamanı Ağ Evin yeni rəhbəri həyat yoldaşı Melaniyanı rəqsə dəvət edib.


Onlar Frenk Sinatranın məşhur "My Way" kompozisiyasının sədaları altında rəqs ediblər.

 

Mərasim zamanı diqqət D. Trampdan daha çox ecazkar görünüşə sahib "first lady" Melaniyanın üzərində cəmləşib. 

 

Rəqs edən cütlüyə daha sonra onun ailə üzvləri, habelə yeni vitse-prezident Mayk Penslə həyat yoldaşı da qatılıblar. 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR