Türkiyə Konstitusiyasına dəyişikliklər paketi qəbul edildi - REFERENDUM KEÇİRİLƏCƏK

Türkiyə parlamenti ölkə Konstitusiyasına dəyişikliklər paketini qəbul edib. APA TV-nin məlumatına görə, səsvermədə 488 millət vəkili iştirak edib. 339 millət vəkili dəyişikliklərin lehinə, 142 millət vəkili əleyhinə səs verib, 2 bülleten etibarsız sayılıb, 5 millət vəkili isə qutuya boş paket atıb.

 

Səsvermə başa çatdıqdan sonra dəyişikliklərin əleyhinə çıxan CHP və HDP millət vəkilləri iclas zalını tərk ediblər. CHP millət vəkillərindən yalnız Dəniz Baykal zaldan çıxmayıb.

 

Baş nazir Binəli Yıldırım Konstitusiyaya təklif olunan dəyişikliklərin qəbul edilməsinə görə millət vəkillərini təbrik edib.

 

"İndi söz, qərar millətindir. Möhür millətin əlindədir. Bu məsələ ilə bağlı son sözü millətimiz verəcək".

 

Baş nazirin çıxışını AKP və MHP millət vəkilləri ayaqüstə alqışlayıblar.

 

Konstitusiyaya təklif olunan dəyişikliklər prezident tərəfindən imzalandıqdan sonra ümumxalq səsverməsinə çıxarılacaq. Referendumun aprelin ilk ongünlüyündə keçirilməsi gözlənilir.

 

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR