Barak Obama Vaşinqtonu tərk etdi və ailəvi istirahətə getdi
ABŞ-ın keçmiş prezidenti Barak Obama və sabiq vitse-prezident Co Bayden yeni dövlət başçısı Donald Trampın inauqurasiya mərasimindən sonra Vaşinqtonu tərk ediblər.
APA TV-nin məlumatına görə, Obama andiçmə mərasiminin keçirildiyi ABŞ Konqresinin binasının qarşısından helikopterlə gedib.
Helikopter Hərbi Hava Qüvvələrinin Endrüs bazasına enib. Oradan isə Barak Obama ailəsi ilə birlikdə Kaliforniyaya istirahətə yollanıb. Bununla da Barak Obama prezident helikopteri ilə sonuncu dəfə uçmuş olub.
Co Bayden isə avtomobillə Delaver ştatındakı evinə yollanıb.
OXŞAR XƏBƏRLƏR
13:58
1183
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
1339
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
1313
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
17:05
1086
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
1181
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
1113