İstanbulda polis və AKP binasına qumbaraatandan atəş açıldı

İstanbul polisinin binasına qumbaraatandan atəş açılıb. APA TV-nin məlumatına görə, mərmi binanın həyət divarına dəyib. Hadisə nəticəsində ölən və yaralanan olmayıb. Atəş açan şəxsin ara küçələrlə qaçdığı bildirilir. Polis onun ələ keçirilməsi üçün əməliyyata başlayıb.

 

Bunun ardınca hakim Ədalət və İnkişaf Partiyasının İstanbul şöbəsinin binasına da qumbaraatandan atəş açılıb. Mərmi divara dəysə də, partlamayıb. Bu hadisə nəticəsində də ölən və yaralanan olmayıb.

 

Türkiyənin baş naziri Binali Yıldırım hakim partiyanın binasının qumbaraatandan atəşə tutulmasını pisləyib. O, hücumun arxasında solçu təşkilatlardan birinin durduğunun ehtimal edildiyini bildirib.

 

Hər iki hücumla bağlı prezident Rəcəb Tayyib Ərdoğan məlumatlandırılıb. O, hadisələri nəzarətdə saxlayır.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR